Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən məbləğin 300 manata qədər yüksəldilməsi artıq daha sərt nəzarət mərhələsinə keçildiyini göstərir.
Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri aradan qaldırmaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir. Beləliklə, həm dövlət büdcəsinə daxilolmaların artırılması, həm də bazarda şəffaflığın təmin edilməsi hədəflənir.
Ekspertlərin sözlərinə görə, bu dəyişikliklər kirayə münasibətlərinin daha sivil və beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Eyni zamanda, vergi sisteminə daha çox iştirakçının cəlb olunması iqtisadi baxımdan da əhəmiyyətli sayılır.
Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən yumşaldıcı addım kimi qiymətləndirilsə də, mütəxəssislər hesab edir ki, daha balanslı yanaşma - həm nəzarətin gücləndirilməsi, həm də vergi yükünün optimallaşdırılması daha effektiv nəticə verə bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, elə evlər var ki, onların rəsmi sənədi yoxdur. Bu isə müqavilə bağlanması məsələsini çətinləşdirir:
“Çünki sənədi olmayan evdə kirayə müqaviləsinin necə rəsmiləşdiriləcəyi sual doğurur və bu mövzu açıq qalır.
Əslində vətəndaşın öz mülkiyyətində olan əmlak var və orada yaşayış üçün bütün şərait – qaz, su, işıq və digər kommunal xidmətlər mövcuddur. Lakin kirayə vermək üçün müqavilə imzalanmalıdır, müqavilə üçün isə adətən çıxarış tələb olunur. Bir çox vətəndaş bu sənədləşməni həyata keçirə bilməyib.
Digər hallarda isə müqavilənin bağlanması hər iki tərəfi qoruyur. Müqavilə həm ev sahibinin, həm də kirayəçinin öhdəliklərini müəyyən edir və hüquqi təminat yaradır.
Ev sahibi üçün bu, risklərin azalması deməkdir. Məsələn, kirayəçi evdən çıxmaqdan imtina edə, ödənişləri gecikdirə və ya evə zərər vura bilər. Müqavilə bu kimi halların qarşısını almaqda hüquqi əsas rol oynayır. Eyni zamanda kirayəçi üçün də müəyyən risklər var. Bunlara gözlənilmədən kirayə haqqının artırılması, vaxtından əvvəl evdən çıxarılma və ya yaşayış şəraitinin dəyişdirilməsi kimi hallar daxildir. Müqavilə bu məsələlərdə də tərəflərin hüquqlarını qoruyur və sabitlik yaradır. Bununla yanaşı, kirayə bazarında müxtəlif əlavə xərclər də mövcuddur – vasitəçi xidmətləri, komissiyalar, köçmə və təmir xərcləri və s. Bu da bazarı daha mürəkkəb edir”.
E. Azadov bildirir ki, hazırda tətbiq olunan 10 faizlik vergi dərəcəsi yüksəkdir və daha da aşağı salınmalıdır: “Çünki mənzillərin böyük hissəsi hələ də qeyri-rəsmi şəkildə kirayə verilir. Mütəxəssislərin fikrincə, verginin 5-7 faizə endirilməsi daha effektiv ola bilər. Cərimələrin isə hazırda daha çox inzibati nəzarət vasitəsi kimi nəzərdə tutulduğu bildirilir. Amma sual yaranır ki, bu cərimələr kirayə bazarına və qiymətlərə təsir edəcəkmi?
Cərimələrin artırılması kirayə qiymətlərinə ciddi təsir göstərməyəcək. Əksinə, hesab olunur ki, qiymətlər daha çox bazar şərtləri və vergi yükü ilə formalaşır. Ona görə də cərimələrin artması kirayə qiymətlərini birbaşa dəyişməyəcək”.
Usaq pulu hacan verilecek bize bu sad xeberi verin.
Çox gülməli vəziyyətdi Hansı deşikdən bir manat çörəy gəlir kasıb xalqa həmin dəqiqə haram yeməkdən kökəlmiş barmağınızı soxun o deşiyə bağlayın oranı Bakıda 60 faiz evlərin sənədi yoxdu onları kirayə versən 300 manat cərimə sənəd almaq istəsən 10000 rüşvət Əladıda )))
Olmazki makler biroları ləğv olunsun evlər ucuzlaşsın kirayyələrdə sürünənlər ev alsınlar.bəsdirin ağlınıza gələni bu qara millətin üzərində denədiz.
Alla sizə elə bir bəla versin ki, dərmanı heç yerdə tapılmasın. Bu milləti səfil günə salmısız.
Çox doğru qərardı. Bu camaata bu çox azdı. Alqışlayıram. Qoyunki gözümüzü döyəndə belədə olmadı.
Sənədsiz evlərə də kamunalni çəkilməyinə 2023 cü ildə qadağa qoyuldu, nəticə:7000 azn alıb köhnə tarixə yazıb çəkillər. Demək ki, bu da nəticə vermiyəcək, nədənsə bizim ölkədə hər yeni qanun sanki rüşvəti qaldırmaq üçün nəzərdə tutulur
Büdcəni hər bir bəhanəylə doldurun, tamam, bəs ölkənin Allahdan verdiyi payı nə vaxt əhaliyə veriləcək. Məsələn küveyt kimi, axı bizim də torpaqdan Allahın bəxş etdiyi sərvətləri çıxır
Hakimiyyət sonunu gətirməkdən ötrü hər şeyə əl atır :D
Vergilər və cərimələrdən başqa xoş söz eşitmirik. İnşəallah bir gün xəbər yazasınız ki, hər uşağa 300 manat uşaq pulu veriləcək.
Qırın batırın camaatı indi birinin çörəyinə gözləri düşüb
Nəyə görə hamı verginin güzəştuni deyir amma tədbiq olan DSMF-yə 25% ödənişi səsləndirmir? 500 azn kirayə olanda vergisi 50 azn DSMFsı 125 azn. Cəmi 175 azn vergilər təşkil edir.
Yaxşı olardı ki, möhtərəmlər bu qərarı qəbul edəndə, kirayə evlərində maxsimum, minumum qiymətlərinidə tənzimləyəydilər. Vergi ödəyən kirayə verən süni sürətdə qiyməti qaldıracaq ki, vergi ödəyirəm. Bu da kasıbın güzəranını dahada pisləşdirəcək.
Bizim blokadada kirayə verilir müqaviləsiz
Чудны дела в стране ...бред , превращается в закон.
Bəlkə korrupsiyanı sivil qaydada həyata keçirsinlər. Hökumət bəlkə hərdən qanunlarla idarə olunsun , sivil ölkələrdə olduğu kimi. Bu yazarların heç olmasa deyirəm ...döğrudanmı mirişləşmə gedir....