İki il öncə helikopter qəzasında həyatını itirən basketbol əfsanəsi Kobe Bryantın həyat yoldaşına 16 milyon dollar təzminat ödəniləcək.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, dəhşətli qəzada həm həyat yoldaşını, həm də qızını itirən V. Bryantın şikayəti əsasında başlayan məhkəmə prosesi nəhayət yekunlaşıb.
Dəhşətli helikopter qəzasından uyğunsuz fotoların çəkilməsinə və yayımlanmasına görə məhkəməyə müraciət edən V. Bryant "Los Angeles Times" qəzetindəki xəbəri oxuduqdan sonra panik atak keçirdiyini bildirmişdi. Qəzet həmin vaxt Los Angeles polisinin və yanğınsöndürənlərinin qəza yerindən fotolar çəkərək başqalarına göstərdiklərini yazıb.