Ru
14:12 / 12 Fevral 2024

"KQB"nin seks kaseti ilə şantaj etdiyi prezident - Müsəlman lider oyunu necə pozdu?

7709
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin müxtəlif dövlət başçıları, siyasətçi və diplomatları qadınlar vasitəsilə ələ aldığı sirr deyil.

Bakupost.az 1960-cı illərin əvvəllərində sovet kəşfiyyatının belə bir cəhdi - İndoneziya prezidenti Əhməd Sukarnonu ələ almaq cəhdi ilə bağlı materialı təqdim edir:

Sukarno Hollandiya müstəmləkəçiliyinə qarşı ölkənin müstəqillik hərəkatına rəhbərlik etdikdən sonra 1945-ci ildə İndoneziyanın ilk prezidenti oldu. O, dövlət xəzinəsini çarpayısının altında saxlamaqla məşhurdur. Xalq ona pərəstiş edirdi, o isə qadınlara və bunu heç vaxt gizlətməyə çalışmırdı. Prezidentin qadınlara qarşı zəifliyi haqda deyilənlər onun ölkəsinin hüdudlarından çox-çox uzaqlarda da bəlli idi və təbii ki, dünyanın ən güclü kəşfiyyat orqanlarının diqqətini çəkirdi. Onu "qarmağa keçirmək" üçün fürsət vardı!




Sukarno - 1945-1967-ci illərdə İndoneziyanın prezidenti, milli qəhrəman

Sakit okean arxipelaqının sıx məskunlaşan ölkəsi olan İndoneziya ABŞ və SSRİ arasında soyuq müharibədə mühüm rol oynayırdı. Moskva və Vaşinqton on illər idi ki, nüfuz uğrunda mübarizə aparırdı. Aydındır ki, qəhrəman-aşiqin peyda olması onların hər ikisini çox ruhlandmışdı. Həm sovet, həm də ABŞ iki kəşfiyyat orqanları Sukarnonun məşhur seksual ustalığı üzərində yaradıcı şəkildə oyun qurmağa və şantaj üçün ona qarşı material əldə etməyə çalışırdılar.

İndoneziyalı pleyboy dünyanın ən yaxşı casusları arasında necə böyük marağa səbəb olduğunu təsəvvür belə edə bilməzdi. Ehtiraslı enerjiyə sahib olan prezident sadəcə olaraq, həyatdan, gözəllikdən həzz alır, siyasətlə yanaşı tez-tez əyləncələrə də vaxt ayırırdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları bir dəfə onun üçün seksuallığı ilə məşhur olan kino ulduzu Merilin Monro ilə görüş təyin etmişdilər. Onlar ümid edirdilər ki, aktrisanın gözəlliyi prezidenti onu yatağa çəkməyə vadar edəcək. Hadisənin şahidləri Sukarno ilə Merilin Monrı arasında cinsi gərginliyin "bıçaqla kəsilə bilən” olduğunu deyirdilər.



İndoneziya prezidenti Sukarno və aktrisa Merilin Monro


Sukarno ilə Monro arasında cinsi işişkinin olub-olmadığı bilinmir. Hər halda onlar bir dəfə "Beverli Hills" otelində görüşmüşdülər. Lakin Sovet İttifaqında Sukarnonun cinsi fəaliyyəti parlaq olmuşdu.

Hadisə belə olmuşdu. Sukarnonun Sovet İttifaqına səfəri zamanı DTK öz işçisini təyyarədə stüardessa qiyafəsində gizlətmiş və ona İndoneziya liderini “ələ keçirmək” vəzifəsini tapşırmışdı. Sonralar ABŞ Dövlət Departamentinin əməkdaşı, amerikalı jurnalist Uilyam Blum özünün “Ümidin öldürülməsi: İkinci Dünya Müharibəsindən sonra ABŞ Silahlı Qüvvələrinin və Mərkəzi Kəşfiyyat İdarəsinin müdaxiləsi” kitabında yazırdı ki, həmin stüardessa dəgələrlə Sukarnonun ətrafında görülüb. Bir dəfə o, hətta Sovet rəsmisi Klim Voroşilovla İndoneziyaya səfər edib. "Stüardessa"nın tapşırığın öhdəsindən gəldiyini ehtimal etməyə əsas var.

BBC və CNN-in prodüseri və müxbiri Tim Lister də “Seks və casusluq haqqında” başlıqlı materialında iddia edirdi ki, sovet kəşfiyyatçıları Moskvadakı oteldə Sukarnonu təkcə bir yox, bir qrup stüardessa ilə seksual orgiya zamanı lentə almağa müvəffəq olublar. DTK agentləri əməkdaşlıq haqqında ciddi söhbətə başlamaq ümidi ilə məşum səs yazısını prezidentə göstəriblər. Ancaq müasir dillə desək, böyük bir xəyal qırıqlığı yaşanıb.

Bir qrup stüardessa ilə çəkilən bu görüntülərini almaq Sukarno üçün böyük şərəf idi. Ekranda o, öz seksual gücü ilə qüdrətli görünürdü. Gözlənilənlərin əksinə olaraq, indoneziyalı bu çəkilişdən çox məmnun qaldı. O, hətta bunun Sovet hökumətinin hədiyyəsi olduğuna qərar verdi və videoyazının surətini istədi. Çoxarvadlılığı açıq şəkildə dəstəkləyən, dörd rəsmi arvadı olan, faktiki olaraq, beşinci ilə yaşayan və məşuqələrinin sayı bilinməyən bir adamı bayağı orgiya ilə şantaj etmək mənasız ideya idi.

Ölümündən sonra, arvadlarından birinin dediyinə görə, qadınların hər biri onunla böyük sevgi sayəsində evlənmişdi. Bütün ömrü boyu o, hər yubkanın ardınca qaçdı. Xanımım dediyinə görə, buna dözmək çox çətin idi, lakin Sukarno qadının qəzəbini necə ram etməyi çox yaxşı bilirdi. O, arvadlarının hər birinə dəbdəbəli malikanə verdi.



Prezident Sukarno həyat yoldaşı Devi ilə

Qəribədir ki, DTK seksual pozğunluğun Sukarno üçün nöqsan deyil, qürur səbəbi olduğunu nəzərə almamışdı. Əgər onu cinsi uğursuzluq anında lentə alsaydılar, bu, prezidenti şantaj etmək üçün arqument ola bilərdi. Lakin Sukarno sovet DTK-sına belə bir şans vermədi.





Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər