Ru
17:58 / 11 İyul 2024

Kreml: NATO sərhədimizə doğru irəliləyir

Kreml: NATO sərhədimizə doğru irəliləyir
Eye

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Ukraynadakı münaqişədə tərəf olduğunu, hərbi infrastrukturunu davamlı şəkildə Rusiya sərhədinə doğru irəlilətdiyini bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bu barədəVaşinqtonda keçirilən NATO sammiti ilə bağlı Moskvada jurnalistlərə açıqlaması zamanı deyib.
NATO-nun Rusiya üçün strateji məğlubiyyəti hədəflədiyini diqqətə çəkən Peskov sammitdə qəbul edilən qərarları və müzakirə olunan məsələləri diqqətlə təhlil edəcəklərini bildirib.
O, Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdən güclü dövlətlərlə üz-üzə olduqlarını bildirib:

“Biz NATO-nun hərbi infrastrukturunun davamlı şəkildə sərhədlərimizə doğru irəlilədiyini görürük. Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdən və bunu gizlətməyən çox güclü dövlətlər ittifaqı ilə üz-üzəyik. Onu da qeyd etmək lazımdır ki, NATO Ukraynadakı münaqişədə fəal və tam şəkildə iştirak edir”.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar