Ru
23:50 / 26 Sentyabr 2026

Yeşilçamın məşhur gözəlinin son görüntüləri diqqət çəkdi - FOTO

Yeşilçamın məşhur gözəlinin son görüntüləri diqqət çəkdi -  FOTO
Eye

Türkiyənin məşhur aktrisalarından Hale Soygazi uzun müddətdən sonra yenidən görüntülənib.


"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, Yeşilçam dövrünün tanınmış simalarından olan 75 yaşlı sənətçi illərdir mediadan uzaq, sakit həyat sürür. Onun son görüntüləri sosial mediada böyük maraq doğurub.

Hale Soygazi "Süt Kardeşler", "Oh Olsun" və digər məşhur ekran əsərlərindəki rolları ilə türk kinosunun yadda qalan simalarından birinə çevrilib.

Aktrisanın yeni görüntülərini görən pərəstişkarları onun görünüşünə diqqət çəkərək sosial şəbəkələrdə çoxsaylı şərhlər yazıblar. İzləyicilər Soygazinin illər keçməsinə baxmayaraq zərifliyini qoruduğunu bildiriblər.

Sənətçinin uzun müddət sonra görüntülənməsi onun pərəstişkarları arasında da böyük maraqla qarşılanıb.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar