Ru
20:45 / 10 May 2024

Kür çayı Qazaxda məcrasından çıxdı, sahələrə ziyan dəydi

1219
Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.

Bakupost.az xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Kənd sakini Ağaəli Muradov deyir ki, heyvandarlıqla məşğuldurlar. Ferma Kür çayının kənarında olduğundan heyvanları təsərrüfatdan çıxarmalı olublar.
“Fermadan başqa taxıl və qarğıdalı sahəm var. Həmçinin biçənək sahəmiz də var. Kürün daşması nəticəsində sahələrimiz su altında qalıb. Heyvanlar arasında tələfat yoxdur. Kürün qalxdığını bilib vaxtında hamısını təxliyə etmişik”, - deyə Aşağı Salahlı kənd sakini Ağəli Muradov bildirib.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

Qazax Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər