Ru
18:33 / 13 İyul 2024

Lənkəranda 29 yaşlı kişi itkin düşdü

Lənkəranda 29 yaşlı kişi itkin düşdü
Eye

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.

Bakupost.az xəbər verir ki, yaxınlarının APA - nın cənub bürosuna verdiyi məlumata görə, 1995 - ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00 - da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar