Ru
19:20 / 14 Avqust 2024

Leyla Əliyevadan fayton atı ilə bağlı tapşırıq

Leyla Əliyevadan fayton atı ilə bağlı tapşırıq
Eye

Son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.

Bakupost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə həmin ayaqları zədələnmiş fayton atı qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və ona təyin olunmuş müalicəyə başlanılıb. Hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcək.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar