Ru
22:02 / 14 İyun 2025

Lökbatan-Qobu yolunda qəza: Avtomobil aşdı

Lökbatan-Qobu yolunda qəza: Avtomobil aşdı
Eye

Bakının Qaradağ rayonunda, Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

90-TT-720 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü avtomobildə tək olub.

O, yüngül bədən xəsarətləri alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar