Ru
23:46 / 04 Avqust 2022

Londondakı səfirliyimizə niyə hücum edildi? - 5 məqsəd...

Londondakı səfirliyimizə niyə hücum edildi? - 5 məqsəd...
Eye

"Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır".


Bakupost.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.


O qeyd edib ki, bu mənfur cinayətin bir neçə məqsədi var:



"1) Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər,


2) Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın,


3) Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir,


4) Bu hadisəni edənlər ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, "tezalışandır", provokasiyakara getməməliyik,


5) Bu hadisə Cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər.
Bu hadisə, Qarabağda baş verənlər, bölgımizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, dünyanın çivisinin tam çıxması Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxartmağı labüd edir. Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin - faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər...".



Aysel
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar