Ru
18:30 / 10 İyun 2025

Los-Ancelesdə polis jurnalisti güllələdi - FOTO

Los-Ancelesdə polis jurnalisti güllələdi - FOTO
Eye

Kaliforniya polisi miqrantların deportasiyasına qarşı keçirilən etirazlar zamanı "Nyu York Post" qəzetinin fotomüxbiri Tobi Kenhemin başına rezin güllə ilə atəş açıb.

Bakupost.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilib.

Kenhem polis və etirazçılar arasında şossedə baş verən qarşıdurmaları çəkirmiş. Ancaq qəfil yol patrul xidməti əməkdaşı silahı ona yönəldib və başına atəş açıb.

“Mən sadəcə baş verənləri çəkirdim”, - deyə Kenhem bildirib.


Fotoqraf hadisə zamanı şossedə yeganə müşahidəçi olduğunu və buna görə də asan hədəfə çevrildiyini qeyd edib.

“Bu, həqiqətən də biabırçılıqdır. Mən başa düşürəm ki, belə vəziyyətlərdə zədə alma riski var, lakin mənə silah yönəldib tətik çəkməyin heç bir haqq qazandırılan tərəfi yoxdur,” - deyə müxbir əlavə edib.

Polis hadisə ilə bağlı dərhal açıqlama verməyib, insidentin araşdırılmalı olduğunu bildirib.


Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar