Fransa prezidenti Emmanuel Makron mayın 9-da Almaniyaya səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, Almaniya kansleri Olaf Şoltsla görüşəcək və bir sıra məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, bu, Makronun yenidən prezident seçildikdən sonra ilk rəsmi səfəridir.