Ru
11:07 / 18 Mart 2024

"Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq" - Millət vəkili

"Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq" - Millət vəkili
Eye

“2024-cü ildə də manatın məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Qeyd edim ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatill ikdən asılıdır”.



Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, bu ildə də neft gəlirlərimiz, daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq:

“Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Sevinc
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar