Ru
22:11 / 11 Avqust 2022

Mariya Ovsyannikova ev dustaqlığına göndərildi

1758
Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikova Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edilərək ev dustaqlığına göndərilib.



Bakupost.az bildirir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar verib.



Məhkəmə istintaqın vəsatətini təmin edib və Ovsyannikova M.V. barəsində oktyabrın 9-dək ev dustaqlığı qətimkan tədbiri seçilib.



Qeyd edək ki, M. Ovsyannikova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunur. Onu 10 ilədək həbs cəzası gözləyir.



Ovsyannikovanın vəkili Dmitri Zaxvatovun sözlərinə görə, ittihama səbəb iyulun 15-də Moskvada Sofiyskaya sahilində müvəkkilinin iştirakı ilə keçirilən piket olub.



Xatırladaq ki, martın ortalarında Birinci Kanalda canlı yayımlanan “Vremya” verilişinin axşam buraxılışı zamanı Ovsyannikova Ukraynadakı xüsusi əməliyyatı pisləyən plakatla studiyaya daxil olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər