Ru
15:13 / 28 Mart 2024

Marketlərdə parkinq pullu oldu - 100 manat...

Marketlərdə parkinq pullu oldu - 100 manat...
Eye

Paytaxtdakı iri supermarketlər də parkinqlər pulu olacaq.

Bakupost.az xəbər verir ki, artıq "Bravo" supermarketi bununla bağlı qiymətləri açıqlayıb.

Belə ki, supermarketin dayanacağında ilk 2 saat müştərilər üçün pulsuzdur. 2-4 saat 5 AZN, 4-6 saat 7AZN, 6-10 saat 10 AZN, 10-24 saat 20 AZN, aylıq abunə olmaq üçün isə 100 AZN ödəniş tələb olunur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində parklanmayla bağlı yeni tariflər müəyyənləşib. Lakin yeni parklanma qiymətləri baha olduğundan bir neçə gündür ki, bu, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, Bakı Dəmir Yolu Vağzalı yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında da parklanma qiymətləri bahalaşıb.




Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar