Ru
17:34 / 10 Noyabr 2025

Maşın dərəyə aşdı – Sürücü öldü – VİDEO

Maşın dərəyə aşdı – Sürücü öldü – VİDEO
Eye

Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yayılıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar