Ru
13:49 / 14 İyun 2025

Mask İranda etiraz aksiyaları üçün "Starlink"i işə saldı

Mask İranda etiraz aksiyaları üçün "Starlink"i işə saldı
Eye

Amerikalı sahibkar İlon Mask İran müxalifətinin etiraz aksiyalarının təşkilinə kömək etmək üçün "Starlink" kosmik internetini işə salıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində “İran rejiminin tabutuna son mismar vurmaq” və Starlink peyk şəbəkəsinə çıxışı təmin etmək üçün olunan müraciətə razılıq verib.

Müraciət müəllifi qeyd edib ki, İran hakimiyyəti insanların etiraz aksiyaları təşkil etmək üçün koordinasiya edə bilməməsi üçün interneti bağlayıb.

Mask həmin şəxsə "Şüa siqnalları aktivdir",- deyə cavab verib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək bildirib ki, İsrail onların azadlığının yolunu təmizləyir:

“Sizin bir bayraq altında birləşməyin və azadlığınız üçün şər və zülmkar rejimə qarşı mübarizə aparmağın vaxtıdır”.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar