Ru
23:23 / 29 Sentyabr 2022

“MDB məkanında münaqişələr SSRİ-nin dağılmasının nəticəsidir” - Putin

1708
“Qərb MDB məkanında yeni münaqişələrin alovlanması ssenariləri üzərində işləyir”.



Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında keçirdiyi görüşdə deyib.



“Rusiya və Ukrayna arasında baş verənlər Sovet İttifaqının dağılmasının nəticəsidir. Biz onu da bilirik ki, Qərb MDB məkanında yeni münaqişələri qızışdırmaq üçün ssenarilər hazırlayır. Ancaq bizdə bu münaqişələr artıq kifayət qədərdir. Hazırda Rusiya ilə Ukrayna arasında baş verənlərə, bəzi digər MDB ölkələrinin sərhədlərində baş verənlərə baxmaq kifayətdir. Təbii ki, bütün bunlar Sovet İttifaqının dağılmasının nəticəsidir, hər şey aydındır. Sabitliyin pozulması riskləri, o cümlədən Asiya-Sakit okean regionunda sabitliyin pozulması riskləri hələ də artır”, - deyə Putin qeyd edib.










Şərhlər
  • həqiqət

    Putin - lənət olsun! Onun təbliğatçıları da şeytanlardır! Onların Ukraynaya ehtiyacı yoxdur. Baltikyanı ölkələri, Polşanı, Finlandiyanı, Almaniyanı hədələyirlər... Bütün dünyada insanlar bunu anlamalı və mütləq şərə qarşı çıxmalıdırlar! Putin rejiminə qarşı beynəlxalq koalisiya yaratmaq lazımdır. Maksimum sanksiyalar tətbiq edin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər