Ru
14:38 / 14 Noyabr 2022

Mədəniyyətə "Davay dosvidaniya" deyən İran mirası...

18385
İdris Heydərli



Meyxanaçı qəfildən bütün ölkədə Sözə sahib oldu.
Meyxana isə televiziya, radio, internet və toyların ən sayılıb-seçilən ahəng və avaz məsələsinə döndü.
"Davay dosvidaniya" deyənlər Rusiya telekanallarında belə həvəslə meyxana söylədilər.
Nədir bu?
Meyxana bütün təməlləri ilə İranın icad etdiyi ifadə vasitəsidir. Adının meyxana qoyulması isə bizə aiddir.
İtin, xoruzun döyüşdürüldüyü İranda "çürüdülən sözü" savaşdırmaq da bir ənənədir.,
Həcvin fərqli təzahürüdür.
Bakıya gələn həmşərinin Teatr, Opera, Balet qarşılığında qoruduğu "söz güləşdirmə" sənəti 2000-ci illərdə yeni bir formatda həyatımızın əsas parçalarından biri olmağa başladı...
Meyxana mərsiyənin tərsidir, ahəngi və avazı içində eyni cövhəri daşıyır.
Qacar İranı bizə o dönəmdə "həmşərini", müstəqlillik isə ahəng və avazı dərd etdi.
Sovet dönəmində Azərbaycan rus musiqisi ilə hala düşərdi, müstəqillikdə bu mırasın yerini İran doldurdu.
Ya mərsiyə, ya meyxana...
Mədəniyyətin halı nədirsə, ölkənin halı odur.
Mərsiyə ilə meyxana arasında çarəsiz siçanlar kimi "pişiklər"in oyununa gəldik.
Meyxana və meyxanaçı bizə söz öyrətdi.
Sovet şairinin sözü ilə İran meyxanaçının sözü tutdu. Yeni düzən insanımız mədhiyyə şeirindən meyxana sözünə döndü.
Bu mədəniyyətin dərdidir, ağrısı hələ çəkiləcək xəstəlikdir,
Xəstəlik məlumatlarla sağalmaz, xəstəliyi bitirəcək tək şey bilikdir.
Biz hələ də məlumatların əsiriyik.
Bu qədər.
Şərhlər
  • ibrahim

    Çox yerində yazılıb.Meyxananı mən heç vaxt sevməmişəm.Ola bilsin ki bu kimlər üçünsə maraqlıdır.Amma mən fikirləşirəm ki meyxana bizim gənclərimizi ancaq pis yollara çəkir.Kriminalı, narkotiki reklam edir.Bir günün içində xüsusi qəddarlıqla və qəsdən adam öldürən Rəşadı az qala milli qəhrəman etdilər.Halbuku kimliyindən asılı olmayaraq bu qaydada adam qətlə yetirən insanın cəza almasını tələb etməliydilər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər