Ru
16:23 / 18 Oktyabr 2022

Məhəmməd Peyğəmbərin adını eşitdikdən sonra müsəlman oldu - VİDEO

Məhəmməd Peyğəmbərin adını eşitdikdən sonra müsəlman oldu - VİDEO
Eye

Küçə sorğusu zamanı sorğuya qatılan xristian qadın Məhəmməd peyğəmbərin adını eşitdikdən sonra müsəlman olub.


Bakupost.az xəbər verir ki, TikTok platformasında yayımlanan video milyonlarla izləyici tərəfindən izlənilib. Küçə sorğusuna qatılan bir katolik qadının, son peyğəmbər Hz. Məhəmmədin adını eşitdikdən sonra əhvalı dəyişib.


Küçə müsahibəsində verilən sualları cavablandıran xristian qadına dini inancı ilə bağlı sual verilib. Sualı verən şəxs Hz. Məhəmməd adını çəkərkən qadın anidən kövrəlib, hisslərini gizlədə bilməyən qadın “Onun adını çəkməyiniz məni duyğulandırdı. İsanın adını eşitdiyim zaman belə hiss yaşamadım, amma Məhəmməd peyğəmbərin adını çəkdiyiniz zaman ürəyim titrədi” deyə bildirib.


Daha sonra qadın yüzlərlə insanın gözü qarşısında kəlimeyi-şəhadət söyləyərək müsəlman olub.




Günel
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar