Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:15 / 09 İyul 2024

"Məktəbin yükü ağır olsa da..." - Şəhid pilotun xanımı yeni vəzifəsi haqda

7668
"İyirmi il Bakı Musiqi Akademiyasında çalışmışam. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə direktor təyinatım isə rəhbər kimi ilk işim olacaq".


Bunu Bakupost.az -a açıqlamasında bu günlərdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə direktor təyin olunan sənətşunaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova bildirib.


O, Musiqi Akademiyasında işlədiyi illərdə ölkəmizdə və xaricdə fəaliyyət göstərən beynəlxalq müsabiqələrdə laureat adı qazandığını və xeyli tələbələr yetişdirdiyini deyib:


"İndi yeni təyinat aldığım məktəbin yükü ağır olduğu qədər də şərəflidir. Burada incəsənətin müxtəlif sahələri üzrə şagirdlər təhsil alırlar. Mənim missiyam təhsildəki problemləri aradan qaldırmaq, eyni zamanda yeni ideyalarla, təhsilin təməlinə dair fikirlərlə, incəsənətin müxtəlif sahələrindəki problemlərin aradan qaldırılması istiqamətində təklif etdiyim müxtəlif yanaşmalarla təhsilin səviyyəsini yüksəltmək, istedadlı musiqiçiləri dünya səviyyəsində tanıtmaqdır”.


K.Hüseynova həyat yoldaşı, şəhid pilot Rəşad Atakişiyevin sağlığında hər zaman onu dəstəklədiyini bildirib:


“Hələ ilk kitabımın təqdimatı zamanı böyük qürur hissi ilə növbəti monoqrafiyalarımın yazılmasıyla bağlı mənə tövsiyələr verir, tələbələrimlə keçirdiyim hər bir konserti, layihəni böyük sevgiylə, rəğbətlə qarşılayır və alqışlayırdı. Əminəm ki, onun ruhu şaddır. Üzərində çalışmağım onu hər zaman sevindirir”.


Qeyd edək ki, pianoçu-bəstəkar K.Hüseynova “Tərəqqi” medalına və “Humay” Milli Mükafatına layiq görülüb.





Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar