Ru
13:05 / 30 İyul 2024

Məktəblini "tok" vurub öldürdü - Yenilənib-VİDEO

Məktəblini "tok" vurub öldürdü -  Yenilənib-VİDEO
Eye

***

13:05


Bakı şəhəri Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin həyətində faciə yaşanıb.


Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, məktəbin şagirdi Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlumata görə, yeniyetmə futbol oynamaq üçün məktəbin hasarından keçmək istəyərkən onu elektrik cərəyanı vurub.

Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.



***
13:46



İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib.

"Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır", - deyə qeyd edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar