Ru
11:12 / 29 Yanvar 2025

Məmurlar səs verdilər - FOTO

Məmurlar səs verdilər - FOTO
1120

Baş prokuror Kamran Əliyev və Bakı meri Eldar Əziziov bələdiyyə seçkilərində səs verib.

Bakupost.az xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Kamran Əliyev səsvermə hüququndan istifadə edib və məntəqənin işinə uğurlar arzu edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

Bakı meri 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar