Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:25 / 28 Noyabr 2024

Mənfi kredit tarixçəsi ilə bağlı müvafiq qanuna dəyişiklik TƏSDİQLƏNDİ

929
Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Kredit büroları haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar