Ru
15:11 / 26 Mart 2024

"Məni boşanmağa qoymurlar, zorla ər evinə qaytarırlar" - Açıqlama

3638
“Qadınların evdən qaçması ilə bağlı vəziyyət əvvəlki kimi deyil. Hüquq-mühafizə orqanları şəxsi axtarışa verir, amma bununla yanaşı, vəziyyəti qiymətləndirlər”.




Bunu Bakupost.az -a açıqlamasında “Təmiz Dünya”Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cəlilabadda qadının üç uşağıyla evi tərk etməsi haqda danışarkən deyib.


O hesab edir ki, qadınların evlərini tərk edərək Bakıya qaçmasını onların həyatı üçün daha təhlükəlidir:

“Bu məsələdə bir az həssas olmaq lazımdır. Qanunvericiliyə görə, axtarışa verilən şəxslərlə bağlı qohuma məlumat verilməlidir. Amma adam evinə qayıtmaq istəmirsə, onun videomüraciətini çəkir və nəzərə alırlar. Rayonlardan bizə müraciətlər olur, əksər vaxtlarda onlara deyirəm ki, əgər doğrudan da zoraklığa məruz qalmısınızsa, evi tərk edərkən polisə məlumat verin. Çünki əks halda polis onları itkin kimi axtarışa verir. Bir müddət öncə rayondan bizə bir qadın müraciət etmişdi və bildirirdi ki, məni boşanmağa qoymurlar, məcburən ər evinə qaytarırlar. Dedim, polisə müraciət edin ki, sizi axtarışa verməsinlər. Amma sonra atası dəstək oldu. Nəticədə qız ata evinə qayıtdı".

M.Zeynalovanın sözlərinə görə, bəzən qadınlara heç kim dəstək vermir, onların həyatı üçün ciddi təhlükə yaranır:

"Zorakılıq və başqa hallar olur. Çox vaxt qadınlar bu haqda heç nə demir və Bakıya qaçırlar. Düşünürlər ki, Bakıda sığınacaqlar çoxdur. Ancaq paytaxtdakı situasiyasını yaxşı bilmirlər. Əgər Bakıda sığınacağa yerləşdirilməsələr, müxtəlif təhlükələrlə üzləşə bilərlər. Eyni zamanda qadınlar Bakıya qaçanda uşağı evdə qoyurlar. Sonra uşaqla bağlı problemlər yaşayırlar. Çünki ər tərəf boşanmadığına görə uşağı vermir və iş məhkəməyə gedib çıxır. Qadınlarımız yaşadıqları rayonda icra hakimiyyətlərinə müraciət etməlidirlər, orda komissiyalar var. Əgər təhlükə varsa, onlara köməklik ediləcək. İcra Hakimiyyətlərindən də bizə istiqamətləndirilənlər olur”.





Psixoloq Zeynəb Əyyubova isə Bakupost.az -a bildirib ki, son dövr sosial şəbəkələrdə belə hadisələrin təbliğ olunur. Onun sözlərinə görə, "qadın azadlığı", "özünü sev" kimi fikirlərin yanlış təbliğ olunması Azərbaycanda qadınların azyaşlı övladları ilə evdən qaçmasına səbəb olur:


"Ən vacib məsələ qadınlarımızın ailə qurarkən düzgün seçim etməsidir. Düzgen seçim edilməyəndə, onlar ərləri tərəfindən döyüləndə, bu, uşaqlarda da travmaların yaranmasına gətirib çıxarır".


Qeyd edək ki, Cəlilabadda üç uşağıyla evini tərk edən qadın polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Ağdam rayonunun Ergi qəsəbəsində isə 25 yaşlı qadın evi tərk edərək bir daha geri qayıtmayıb.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər