Ru
15:41 / 27 Aprel 2024

Bakıda IV Beynəlxalq Autizm Festivalı keçiriləcək - Giriş sərbəstdir

1505

Mayın 1-də Bakı şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV Beynəlxalq Autizm Festivalı keçiriləcək.


Bakupost.az xəbər verir ki, festivalda Türk dövlətlərindən və Bakı şəhərində fəaliyyət göstərən autizm qurumları öz işlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar.


Festivalda dövlət rəsmiləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak edəcək. Festivala giriş sərbəstdir. İnsanlar səhər saat 11.00-dan axşam saatlarına dək stendləri ziyarət edə bilərlər.

Səhnə, monitor qurulacaq, gün ərzində musiqiçilərin , rəqs qruplarının çıxışları olacaq.

Festival yerli televiziya və radio kanallarında işıqlandırılacaq.

Festivalın proqramı

1. Saat 11:00 açılış çıxışlar
2. ⁠12:00 fəxri qonaqların çıxışı
3. ⁠14:00 musiqi saatı
4. ⁠18:00 bağlanış

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər