Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 602 işəgötürən (52,5%-i dövlət, 47,5%-i özəl) qoşularaq 3932 vakansiya təqdim edib.
Nazirlikdən
Bakupost.az -a verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış şəxslərin məşğulluğuna dəstək verməkdir.
Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1433 nəfər (248 şəhid ailəsi üzvü və 1185 iştirakçı) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
Sumqayıt