Ru
10:45 / 10 May 2025

Bu hərbçilərə mənzil verildi

Bu hərbçilərə mənzil verildi
Eye

Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib.

Bakupost.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.

Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.

Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar