Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.
Bakupost.az baku.tv-yə istinadla xəbər verir ki, yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.
Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb:
"İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var".