Ru
10:00 / 19 Yanvar 2023

Məşhur aktyor dağlarda itkin düşdü

Məşhur aktyor dağlarda itkin düşdü
Eye

"Cadugər” (The Warlock) filmində sehrbaz-cani rolu ilə tanınan britaniyalı aktyor Culian Sands ABŞ-da Kaliforniya dağlarında yoxa çıxıb.

Bakupost.az “The Guardian“a istinadən xəbər verir ki, bu barədə San Bernardino dairəsinin şerifi bildirib.


Məlumata görə, 65 yaşlı Sands Kaliforniyanın cənubunda dağlarda itkin düşən iki turistdən biridir və hazırda onların axtarışları davam edir.

Qeyd edək ki, aktyor “The Warlock” filmindən başqa, həmçinin tamaşaçılara “A Room with a View” və “Leaving Las Vegas” kimi filmlərlə də tanınır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar