Məşhur cütlük Gupse Özay və Barış Arduç cütlüyünün qızı olacaq.
Bakupost.az xəbər verir ki, 7 aylıq hamilə olan Gupse Özayın paylaştığı şəkil sosial mediada gündəm olub.
6 il sevgili olduqdan sonra 2020-ci ildə evlənən cütlük evliliklərini də gözlərdən uzaq yaşayır.
Valideyn olmağı səbrsizliklə gözləyən Arduç və Özay qızlarını qucaqlarına almaq üçün gün sayır.
Hamiləlik müddətində də işləyən Gupse Özay sosial mediadan paylaşım edib:
“Yoxsan”,- deyirsiz. 2 film, 1 animasiya filmi, bir də serial yazdım. Boş oturmamışam yəni. Hələ bu balaca qız doğulsun...”.
Aynur İbrahim
BakuPost