Ru
21:07 / 12 Avqust 2022

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO
Eye

İtaliyalı iş adamı Paolo Skudieriyə məxsus yaxta yanıb.



Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, yaxta İspaniyanın Formentera adası yaxınlarında alova bürünüb. Onlarla turist təəccüblə bahalı yaxtanın yanmasına tamaşa edib.



2019-cu ildə sifariş olunsa da, 1 ay öncə iş adamına təslim edilən 20 milyon sterlinq dəyərindəki 45 metrlik yaxtada beş yataq otağı, hovuz və idman zalı da olub.



Məlumata görə, yanğın zamanı yaxtada 9 sərnişin və 7 ekipaj üzvü olub, onlar İspaniya sahil mühafizəyə məxsus 2 gəmi vasitəsilə xəsarət almadan xilas olunublar. Həmin vaxt 62 yaşlı iş adamının yaxtada olub-olmadığı isə açıqlanmayıb.



Yanğının hansı səbəbdən başladığı bilinmir. Araşdırma aparılır.



Qeyd edək ki, Paolo Skudieri 1956-cı ildə atası tərəfindən yaradılan "Gruppo Addler" şirkətinin rəhbəridir. Dəyəri 400 milyon sterlinq olan şirkət avtomobil hissələri istehsal edir.






Aysel
Baku Post



Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO
Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO
Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar