Ru
09:37 / 10 Yanvar 2022

Metroda görüntüləri yayılan şəxs qazidir? - VİDEO

1838
Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda ''tik-tok'' sosial şəbəkəsində paylaşılıb. Qazi olmadığını bildirən İmran Lalayev buna etiraz edib.

Bakupost.az Xəzər TV-yə istinadən bildirir ki, Bakıdakı teatırlardan birinin aktyoru olan İmran Lalayevin sözlərinə görə, 2013-cü ildə 21 yaşında qatar qəzasında hər iki ayağını itirib.Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb. O deyir ki, işdən çıxıb metronun "Həzi Aslanov" stansiyasından "Koroğlu" stansiyası istiqamətinə getdiyi zaman onun xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək ''tik-tok'' sosial şəbəkəsində paylaşıb.Paylaşan şəxs həmin videonun üzərinə isə qazilərə həsr olunan mahnını montaj edib. Paylaşılan videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

Məsələndən xəbər tutan İmran Lalayev və dostları videonun silinməsi ilə bağlı şərhlər yazıblar. Ancaq heç bir faydası olmayıb.

İmran Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər