Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:19 / 13 İyun 2024

Meymunçiçəyi virusundan ilk ölüm

4016
Cənubi Afrikada meymunçiçəyi virusundan ilk ölüm halları qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) verdiyi açıqlamasında ölkənin ən böyük əyalətləri olan Gauteng və Kva-Zulu-Natalda 6 meymunçiçəyi xəstəliyi aşkar edilib.

Öölkədə ilk dəfə aşkarlanan xəstəlikdən 2 nəfərin öldüyü bildirilib.

Qeyd olunub ki, ilk xəstə iyunun 10-da Gautengdəki Thembisa xəstəxanasında, Kva-Zulu-Natalda isə 38 yaşlı kişi bu gün dünyasını dəyişib.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı 28 noyabr 2023-cü ildə xəstəliyin adını "irqçi və alçaldıcı" olduğunu əsas gətirərək "mpox" olaraq dəyişdirdi.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar