Ru
08:23 / 09 Noyabr 2022

Meyxanaçı Rəşad Dağlı adam öldürdü - Polisə təslim oldu

Meyxanaçı Rəşad Dağlı adam öldürdü - Polisə təslim oldu
Eye

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Bakupost.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Dağlıyla (Əmirov) qonşusu İsgəndər adlı şəxs arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Rəşad Dağlı polislər tərəfindən saxlanılıb.


Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "Report" yayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar