Ru
20:00 / 01 Aprel 2024

"MHP-yə etimadsızlığın səbəbi..." - Açıqlama

1468
“Türkiyədəki bələdiyyə seçkiləri ilk nöbvədə xalqın yerli hakimiyyət orqanlarının seçilməsinə biganə olmadığını göstərdi. Çox böyük seçki fəallığı oldu. Ən önəmli cəhət odur ki, insanlar səs verməklə bu və ya başqa qüvvənin hakimiyyətdə qalıb-qalmaması məsələsini həll edə bilir”.



Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib.

O, bildirib ki, möbcud nəticələr Türkiyədə demokratiya resurslarının çox yüksək olduğunu göstərir:

"Mətbuat, idarəçilik sahəsində müəyyən problemlər olsa da, insan iradəsinin seçki yoluyla ifadə olunması Türkiyədə çox ciddi şəkildə qorunub saxlanılır. Bu, çox müsbət hadisədir. İkincisi, CHP-nin səs qazanması o deməkdir ki, bu partiyaya qarşı müəyyən anti-təbliğat aparılsa da, əhali arasında Atatürkün partiyasının mövqeyi hələ də güclüdür, xalq ona etimad göstərir”.

Q.Məhərrəmli seçkidə MHP-nin uğursuz çıxışına da münasibət bildirib:

“MHP çox acınacaqlı vəziyyətdədir.Türkiyədə mövcud olan üç - dini, avropayönlü və millətçi qüvvənin sırasında MHP-nin zəif nəticə göstərməsi düşündürücüdür. Hesab edirəm ki, bu məğlubiyyət və etimadsızlıq son siyasi proseslərdə partiyanın atdığı yanlış addımlarla izah oluna bilər. Partiya rəhbərliyi gələcəkdə bunu nəzərə almasa, MHP-nin bir siyasi qüvvə kimi çox ciddi böhranlarla üzləşəcəyi reallıqdır”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər