Ru
23:59 / 08 Dekabr 2021

Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR - VİDEO

66548
Dekabrın 8-də “Yaban” bulvar restoranında Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) geniş tədbiri keçirilib. Tədbir Azərbaycanı Dünya Halal Zirvəsində təmsil etmiş Azərbaycan - Yaban Milli Komandasının qələbəsinə həsr olunub.

Bakupost.az xəbər verir ki, oktyabrın 12-də “Yaban” bulvar restoranı AMKA-ya üzv olan zaman Azərbaycanı bu çempionatda məhz Yaban komandasının təmsil edəcəyi barədə məlumat verilib.



Lənkəran şəhəri UNESKO tərəfindən Dünya Qastronomiya şəhəri elan edildikdən sonra milli komandamız Dünya Halal Zirvəsindəki çıxışını iki mühüm qələbəyə – Vətən Müharibəsindəki qələbəmizə və Lənkəranın Dünya Qastronomiya şəhəri elan edilməsinə həsr edib. Komandanın əsas devizi Dədə Qorqudun “İgid qılıncından və süfrəsindən tanınar” deyimi seçilib.

Komanda qərar verib ki, “Dünya bizi 08.11.2020-də Şuşada qılıncımızdan, 8.11.2021-də Lənkəranda süfrəmizdən tanıdı” fikri yarış süfrəsində, xörəklərin texnologiyasında öz əksini tapmalıdır. Bu dəfə Milli komandanı “Yaban” restoranında AMKA-nın Prezidenti Tahir Əmiraslanov özü hazırlayıb, məşqləri özü keçirib.



Komandanın qənnadıçısı Səltənət (Arzu) xanım Həsənova artıq unudulmaqda olan və Lənkəranda Araz Yaqubov tərəfindən qorunub saxlanılan “Cənnət” halvasının sirlərini öyrənmək üçün Lənkərana ezam edilib. Qədimlərdən qorunub bu günə gələn, saray mətbəxlərində “Cənnət çamuru”, “Cənnət məcunu” kimi halva düsturları da araşdırılıb, “Cənnət halvası”na saray mətbəxinə aid yeni əlavələr edilib və yeni bir restoran şirniyyatı ortaya çıxarılıb. Bu şirniyyatın sirri yalnız Araz Yaqubovla bölüşdürülüb və şirniyyatı Lənkəranda hazırlamaq hüququ yalnız ona verilib.

Beləliklə, ilk dəfə mövzu ilə bağlı ölkəmizdə neoklassik menyu hazırlanıb.



Yarışa çıxarılan əsas yeməyimiz tərəvəzdən və göyərtilərdən hazırlanıb. Əsas yeməkdə üç texnologiyadan istifadə edilib.

1. Tərə xörəyi bir çox rayonlarımızda hazırlanır. Poctament kimi istifadə edilib və göyərti-ağartıyla hazırlanıb.

2. Badımcan bükməsi daha çox restoranlarımızda hazırlanır və ispan analoqu “ispanyola” adlanır.

3. Kükü – göyərti və yumurta ilə hazırlanıb. Bu xörək də bütün bölgələrimizdə hazırlanır.



Açar rolunu oynayan bu yeməkdə yeni ədviyyatlar istifadə olunub.

Yarışa çıxarılan ana yemək neoklassik ənənələri özündə birləşdirib. Dünyada ilk dəfə olaraq kərə yağı quşun döş ətində hüceyrə arası fazaya yerləşdirildikdən sonra bişirilib və bu yeni texnoloji fənd Azərbaycandan “Yaban” restoranından başlanıb.

Bu həm də toyuq döşünü daha zərif və lətif edir.

Lənkəran mətbəxində daha çox quş və balıq əti istifadə edildiyindən bu yeməkdə quş və balıq əti birləşdirilib, həm də bişmişin içərisində müvafiq iki xörək sous verilib. Yanlığı (garnir) də xörəyin içərisinə yerləşdirilib.

Xörəyin yanında verilən xörək sousu boşqabda yazılmış 44 rəqəmli Vətən müharibəsindəki günlərimizin ifadəsi idi.

Şirin xörək (desert) hazırlanmasında da bir neçə texnoloji fənddən istifadə edilib.



Yeni ədviyyatlarla hazırlanmış halva topunun içərisinə xüsusi desert əlavələri vurulub. Və bu şirniyyat topası karameldən hazırlanmış mücrüdə verilmiş inciyə bənzədilib.



Xüsusi işlənmiş xırda qızılgüllərlə süslənmiş xörək əlavəsiylə 8 və 11 rəqəmləri yazılıb. 8 və 11 rəqəmləri həm Şuşadakı qələbəmizin, həm Lənkərandakı süfrəmizin qələbə tarixlərini özündə birləşdirib. Və bu həm qılıncımızı, həm süfrəmizi bir araya gətirib, Şuşa və Lənkəranın vəhdətini ifadə edib.

Ddesertin mənası “bu qələbələrin şirinliyini bizə şəhidlərimiz verdilər“ anlamını daşıyırdı.



Komandanın üzvləri:

1. Leyla Kərimli – komandanın kapitanı

2. Səltənət Həsənova - iştirakçı

3. Timur Pivkin - iştirakçı

4. Elçin Məmmədov - iştirakçı

5. Firdovsi İsmayılov - iştirakçı

6. Tünzalə Quliyeva - iştirakçı

7. Mədinə Əliyeva - iştirakçı

Nigar Meyludova - Tərcüməçi

Tahir Əmiraslanov nümayəndə heyətinin rəhbəri.



Azərbaycan komandası 1-ci yeri tutaraq Halal Zirvənin Qızıl medalını və Kubokunu qazanıb.

Yarışlar Lənkəranın UNESKO tərəfindən Dünya Qastronomiya şəhəri elan edilməsinə həsr edildiyindən Milli Komanda qazandığı Qızıl kuboku daimi saxlanması üçün Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadəyə təqdim edib. Lənkəran şəhərinə Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibətilə, kulinariya sahəsində nailiyyətlərə görə döş nişanı təqdim olunub.

Lənkəran Mədəniyyət Mərkəzində yaradılmış guşədə məşhur aşpazlar Şahhüseyin Kərimov və Qubad Həbibovun stendləri fəaliyyət göstərir. Kubokun hələlik ayrıca bir mərkəz yaradılana qədər bu guşədə saxlanması nəzərdə tutulur.



AMKA tərəfindən Lənkəranın Dünya Qastronomiya şəhəri elan edilməsi ilə bağlı UNESKO-ya göndərdiyi məktubun sürəti də Lənkəranda yaradılmaqda olan mərkəzə təqdim edilib.

Bu il dünyanın ən yaxşı kulinariya kitabı olmuş “İrəvan xanlığı bölgə mətbəxi”, 2019-cu ildə dünyanın birinci kulinariya kitabı olmuş “Azərbaycan mətbəxində dolmalar - 381 çeşid” və digər kitabları da Lənkərana hədiyyə edilib.

Komanda üzvlərindən 4 nəfər gənc - Leyla Kərimli, Timur Pivkin, Səltənət Həsənova və Elçin Məmmədov beynəlxalq dərəcəli münsif olduqları üçün həm də münsiflərin işində iştirak etdilər. Daha bir beynəlxalq dərəcəli münsifimiz Emil Əliyev Anadoluda keçirilən çempionatda iştirak edib.

Beləliklə 28 noyabrda İstanbulda komandamıza Dünya Halal Zirvəsinin medalı və Qızıl kuboku təqdim edilib.



Noyabrın 30-da isə Parisdə “İrəvan xanlığı bölgə mətbəxi” kitabı Dünya Kulinariya Kitabları mükafatı təşkilatı tərəfindən əyalət mətbəxləri sinfində dünyanın ən yaxşı Kulinariya Kitabı elan edilib.

Lənkəranda Araz Yaqubov tərəfindən hazırlanmış “Qarabağ” çay dəsti həm hədiyyə, həm suvenir, həm də təbliğat vasitəsi kimi milli komandanın işinə çox böyük töhfə verib. Milli komanda artıq həm Kabarda-Balkarda, həm İstanbuldakı Halal Zirvədə, həm Fransadakı tədbirdə “Qarabağ” çay dəstlərini hədiyyə verib, Azərbaycan çayı, həm Lənkəran, həm də Qarabağ haqqında məlumatları açıqlayıb.

Bu gün isə İrəvan xanlığını ehtiva edən, yenə Lənkəranda Araz Yaqubov tərəfindən yeni “Xan” çay dəsti ictimaiyyətə təqdim edilib.

Tədbirlərdə AMKA-ya geniş dəstək vermiş hər kəsə, xüsusilə Halal Zirvə üçün hazırlanan komandaya məşqlər, hazırlıqlar üçün yer, ərzaq və s. dəstək vermiş “Yaban” restoranlar şəbəkəsinə, “ İrəvan xanlığı bölgə mətbəxi” kitabının qələbəsi üçün hər imkanı yaradan Diaspora ilə iş üzrə Dövlət Komitəsinə, Fransadakı Azərbaycan Səfirliyinə təşəkkür edilib.
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Milli Komandanın qələbəsinə həsr olunan böyük tədbir keçirildi - FOTOLAR -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər