Ru
10:40 / 01 Fevral 2023

Miqrasiya Xidmətinə yeni mətbuat katibi təyin olundu

1637
Dövlət Miqrasiya Xidmətinə mətbuat katibi təyin olunub.

Bakupost.az xəbər verir ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.


Natəvan Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, N. Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.

Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər