Ru
19:39 / 17 Aprel 2024

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ

872
Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost/az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimlər şahidlərin bitdiyi üçün məhkəmə istintaqının baş çatdırılmasını istəyib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.

Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

9.369.411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər