Ru
12:45 / 14 İyul 2025

Moskvadan növbəti təzyiq: Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı - FOTO

Moskvadan növbəti təzyiq:  Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı - FOTO
Eye

Rusiyanın İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi tanınmış azərbaycanlı bloqer Subo ( Sübhan Məmmədov) barəsində 50 milyon rubl məbləğində vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi başladıldığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında bildirilib.

İstintaq materiallarına görə, Subo adı ilə tanınan şəxs 2021–2023-cü illər ərzində özünün media və reklam gəlirlərini vergi orqanlarından gizlədərək dövlət büdcəsinə ciddi zərər vurub.

Məlumat üçün bildirək ki, Subo sosial şəbəkələrdə milyonlarla izləyicisi olan populyar kontent istehsalçısıdır. O, həm Rusiya, həm də Azərbaycanda izləyici auditoriyasına sahibdir.

Qeyd edək ki, məşhur bloqer bu ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib. Bu tədbir sosial media ulduzuna qarşı təxribat xarakterli videolarına görə araşdırma başlandıqdan sonra görülüb. Onun Rusiyaya girişi 70 il müddətinə qadağan edilib.

Aysel,
BakuPost

Moskvadan növbəti təzyiq:  Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı - FOTO
Moskvadan növbəti təzyiq:  Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar