Ru
01:12 / 05 Noyabr 2024

Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq

Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
Eye

Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.

“Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, – Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar