Ru
14:06 / 23 May 2024

Müşfiq Abbasovla oxucuların görüşü keçirildi - FOTOLAR

Müşfiq Abbasovla oxucuların görüşü keçirildi - FOTOLAR
Eye

Dünən Sabunçu rayon MKS-in Mərkəzi Kitabxanasında yazıçı Müşfiq Abbasovla oxucuların görüşü keçirilib.


Bakupost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə aparıcı Günay Firudinqızı yazıçının həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Sonra oxucularla yazıçı arasında maraqlı diskusiya baş tutub. Oxucular "Mənfi 4", "Qan haqqı" və "Şeytanın siması" romanları haqqında öz fikirlərini bildirib və onları maraqlandıran sualları yazıçıya ünvanlayıblar. Müşfiq Abbasov oxucuların suallarını cavablandırıb və gənclərə öz tövsiyyələrini verib.

Tədbirin sonunda M.Abbasov öz kitablarını imzalayaraq oxuculara və kitabxanaya hədiyyə edib.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar