Zəfər Günü münasibəti ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının N saylı hərbi hissəsində vətənin keşiyində dayanan əsgərlərlə “Zəfər Yolu” İB-in və ölkəmizin ziyalılarının iştirakı ilə tədbir keçirilib.
Bakupost.az xəbər verir ki, himnimiz səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Zəfər Yolu” İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva əsgərlərimizi Zəfər bayramı münasibəti ilə təbrik edərək, Vətənimizi Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətənimizi zəfərə, qalibiyyətə çatdıran igidlərimizin rəşadətindən soz açıb.

Tədbirdə iştirak edən millət vəkili, “Zəfər Yolu” İB-nin fəxri üzvü Jalə Əhmədova düşmən üzərində tarixi qələbəmizin əhəmiyyətindən danışaraq deyib ki, bu zəfəri bizə bəxş edən başda Cənab Prezident İlham Əliyev olmaqla ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. 44 günlük Vətən Müharibəsinin şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan Ədliyyə mayoru Çiçək Biləndərli deyib ki, bizim şəhidlərimizin, qazilərimizin sayəsindəmbu Zəfəri qazandıq. Bu Zəfərdə mənim də balamın payı var. O şəhid olsa da, erməni vandallarının tapdağı altında olan, vətən torpaqlarını xilas edənlərdən, bayrağımızı daha da ucalara qaldıranlardan oldu. Mənə şəhid anası kimi oğul itirmək çox ağırdır, lakin şəhid anası kimi belə bir oğulun anası olduğumza görə qürurluyam. Həm də bu Zəfər bayramında cənab prezidentin sərəncamı ilə mənim oğlum Elmar Nəbiyev də yenidən təltif olunanlar sırasındadır. Üçüncü dərəcəli vətənə xidmət ordeni ilə təltif edilib. Oğlumun bundan əkavə də 4 ali medalı vardır. Biz bu qayğını hər gün hiss edirik.

Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk 2016-cı ilin aprel ayında Vətən torpaqlarını deşməndən azad edən şəhid və qazilərin qəhrəmanlığına həsr etdiyi “Qalibiyyət: şahidlər və şəhidlər”. “Samir, Nazim, Elşəşən” , eləcə də türk düünyasının tarixndən bəxş edən kitablarını hərbi hissənin əsgərlərinə hədiyyə edib. O öz çıxışında qeyd edib ki, Türk Dövlətlərinin Birliyinin yolu Qarabağdan və Zəngəzurdan keçir. Azərbaycan oğullarının qazandığı Zəfər bütünləşən türk dünyasının zəfəridir. Bu zəfəri qoruyan, bu Vətəni qoruyan əsgərlərimiz necə xoşbəxtdirlər.
Daha sonra əməkdar jurnalist Elnarə Dərziyeva 44 günlük Vətən müharibəsində jurnalist həmkarlarının və özünün də informasiya müharibəsində apardıqları mübarizədən danışıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun elmi işçi Şənay İbrahimova, “Milli Cəbhə” partiyasının sədr müavini Tural İrfan, “Media Təhlil Mərkəzi”nin əməkdaşı Babək Zeynalov çıxış edərək əsgər və zabit heyyətinin zəfər bayramını təbrik ediblər.
Ədliyyə mayoru Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının “N” saylı hərbi hissəsinin komandiri ədliyyə mayoru Kamran Quliyev Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənlərimizi məğlub edərək 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edən qəhrəmanlarımızın qanları ilə tarixə yazdıqları Zəfər günündən, hərbi hissənin əsgərlərinin hər zaman Vətənin müdafisəində şərəflə və vicdanla dayandıqlarından danışıb. Eyni zamanda . Zəfər günü əsgərlərin görüşünə gələn ziyalılara və “Zəfər Yolu” İB-yə öz təşəkkürünü bildirib.
İncəsənət və mədəniyyıt xadimlərimizin ifasında musiqi nömrələri səsləndirilib və əsgərlərimiz bayram əhval ruhiyyəsində rəqslərə qoşulublar. Tədbirin sonunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mühafizə Alayının N saylı hərbi hissəsinin rəhbərliyi və Zəfər İB tərəfindən Fəxri Fərmanlar təqdim edilib.