Ru
11:28 / 29 Yanvar 2025

Narkotik istifadə edib maşın sürdü - SAXLANILDI - VİDEO

Narkotik istifadə edib maşın sürdü - SAXLANILDI - VİDEO
1057

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Bakupost.az xəbər verir ki, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar