Ru
11:09 / 26 İyul 2026

Naxçıvanda dəhşətli qəza: Təcili yardım maşını aşdı, 4 nəfər... - VİDEO

Naxçıvanda dəhşətli qəza: Təcili yardım maşını aşdı, 4 nəfər... - VİDEO
Eye

Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.


“Bakupost” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.


Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***

02:47

Naxçıvanın Yeni Naxçıvan yaşayış massivində dəhşətli yol nəqliyyat hadisəsi baş berib.


Bakupost.az-a daxil olan görüntülərdə təcili tibbi yardım avtomobilinin aşdığı görünür.

Hadisə şahidlərinin sözlərinə görə qəzaya səbəb yüksək sürət olub

Hadisənin hansı səbəbdən baş verdiyi, xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Gülsüm Baxşəliyeva,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar