Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.
Bakupost.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, plastik cərrah Dilqəm Məmmədov sözügedən klinikaya direktor təyin edilib.
Qeyd edək ki, D.Məmmədov bu təyinata qədər "Baku Medical Plaza" klinikasının "Medilux" filialında fəaliyyət göstərib.