Ru
19:20 / 05 Noyabr 2022

Nazirlər Kabinetindən tibbi maska ilə bağlı QƏRAR: 2025-ci ilə qədər...

Nazirlər Kabinetindən tibbi maska ilə bağlı QƏRAR: 2025-ci ilə qədər...
Eye

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.



Bakupost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.



Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 31 dekabr 2024-cü ilə qədər idxal gömrük rüsumundan azad edilir. Bundan əvvəl bu müddət 31 dekabr 2022-ci il tarixinədək olan dövrü əhatə edirdi.



Eyni zamanda tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxal gömrük rüsumundan azad edilmə müddəti də daha 2 il artırılır.



Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar