Ru
11:07 / 21 Noyabr 2022

"Nə olub, baba?" - AzTV İranı yenə sərt tənqid etdi - VİDEO

 "Nə olub, baba?" - AzTV İranı yenə sərt tənqid etdi - VİDEO
Eye

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov aparıcısı olduğu “Həftə” proqramının son buraxılışda İranın Azərbaycana qarşı tutduğu mövqeyi sərt şəkildə tənqid edib.

Bakupost.az xəbər verir ki, aparıcı İran mediasının son günlərdə Azərbaycanı borclu çıxarmağa çalışdığını qeyd edib. O, rəsmi Tehranın Azərbaycana qarşı tezislərinin artdığını da vurğulayıb.

“İran televiziyası və sosial şəbəkələrində yanlız dövlətimiz, xalqımız və dilimizlə bağlı deyil, Azərbaycan kanalları və aparıcıları haqqında da sərt, təhqir və hədə dolu verilişlərin geniş yayıldığının fərqindəyik. Nə olub, baba? Niyə narahatlıq hələ də davam edir? Biz ki sənin kimi asarıq, kəsərik, öldürərik, basdırarıq demirik. Yanlız cənublu 35 milyon azərbaycanlıya salam söyləyirik“, - Rövşən Məmmədov vurğulayıb.

Aynur,
BakuPost






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar