Ru
14:50 / 13 İyun 2024

Neftçalada 17 yaşlı qızla evlənmək istəyən bəy kimdir? - Toy yarımçıq qaldı

Neftçalada 17 yaşlı qızla evlənmək istəyən bəy kimdir? - Toy yarımçıq qaldı
Eye

Xəbər verdiyimiz kimi, dünən Neftçalada 17 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hadisə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydə alınıb. Bu ay toyu planlaşdırılan bəyin adı isə Vüsaldır. Vüsal 23 yaşındadır.

Cütlük tezliklə toy etmək istəsə də, qızın nikah yaşına çatmadığı ilə bağlı hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra bu izdivacın qarşısı alınıb.

Bakupost.az -ın əməkdaşının əlaqə saxladığı Vüsal bu barədə danışmaq istəmədiyini bildirdi. O, toyun nişanlısının 18 yaşı tamam olduqdan sonra ediləcəyini deməklə kifayətləndi.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də Neftçaladakı erkən nikahla bağlı hüquq-mühafizə orqanlarına çağırış edib.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar