“Avtobus və metroda gediş haqqının çevik və differensianal olması lazımdır. Biz uzun illərdir ki, nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Ölkədə nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox ziyanlı yanaşmadır”.
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, illərdir dinamik qiymət təklifi ilə çıxış edilsə də, bir nəticə olmurdu:
“Artıq Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır. Nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Ümid edək ki, Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan digərləri də dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər”.
Sevinc,
BakuPost
Bütün siyasət,yanaşma dəyişmələri labüddür.Ancaq bu dəyişmələr monopolistlər üçün yox,xalq üçün əlverişli şərtlərə əsaslanmalıdır.AZərbaycanda dünya qiymətləri. tariflər yada salınır,kor-koranə qəbul edilir.Ancaq dünyannın sivil ölkələrindəki əmək haqqı,pensiya ödənişlərinin miqdarı.dərəcəsi yada düşmür ki,.bu da əhalinin getdikcə kasıblaşmna.yoxsullaşmasına səbəb olub.Natiq bəy bu barədə nə düşünür?Dövlətin belə siyasətinin əsası varmı?